...

Portuqaliya üçün Azərbaycanla əməkdaşlığın inkişafı vacibdir – XİN başçısı Luis Amado (FOTO)

Siyasət Materials 15 İyul 2010 15:32 (UTC +04:00)
Portuqaliya Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu barədə Portuqaliyanın XİN başçısı Luis Amado cümə axşamı Bakıda jurnalistlərə deyib.
Portuqaliya üçün Azərbaycanla əməkdaşlığın inkişafı vacibdir – XİN başçısı Luis Amado (FOTO)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir S.Ağayeva/

Portuqaliya Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu barədə Portuqaliyanın XİN başçısı Luis Amado cümə axşamı Bakıda jurnalistlərə deyib.

"İki ölkənin mövqeyi bir çox məsələlərdə üst-üstə düşür və biz münasibətlərimizi daha da inkişaf etdirmək niyyətindəyik", - Amado Azərbaycana səfərinin yekunları üzrə keçirilən brifinqdə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan Aİ-nin "Şərq Tərəfdaşlığı" təşəbbüsünün fəal iştirakçısıdır və Portuqaliya Aİ ilə münasibətlərin inkişafında bu ölkəyə kömək etməyə hazırdır.

Portuqaliyanın XİN başçısı özünün azərbaycanlı həmkarı Elmar Məmmədyarovu Lissabona rəsmi səfərə dəvət edib.

Portuqaliya XİN başçısının səfəri çərçivəsində tərəflər XİN-lərarası məsləhətləşmələr haqda saziş imzalayıblar, eləcə də diplomatik və xidməti pasportları olan vətəndaşların vizasız gediş-gəlişi barədə sənəd paraflanıb.

Xəbər lenti

Xəbər lenti