Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Portuqaliyanın xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizlə bağlı səmərəli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı, bu səfərin Azərbaycan-Portuqaliya əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb.
Prezident İlham Əliyev Luis Amadonun ölkəmizə səfərinin eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Luis Amado Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq qeyd edib ki, Portuqaliya Azərbaycana ikitərəfli münasibətlərdə, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yaxşı tərəfdaş ola bilər.
Dövlətimizin başçısı Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Portuqaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti Portuqaliya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
