Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir E.Tarıverdiyeva/
Rəhbərliyi, danışıqlar mazası arxasındakı danışıq və müzakirələrdə bir, öz ictimaiyyəti qarşısında isə yüksək ranqlı diplomata xas olmayan büsbütün zidd bəyanatlarla çıxış edən erməni diplomatiyası ilə işləmək çox çətindir. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın bəyanatını şərh edərkən bildirib.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun erməni tərəfi ilə Kəlbəcər və Laçın rayonlarının qaytarılması məsələsinin müzakirə olunduğu və bu məsələnin Sankt-Peterburqdakı görüşdə də müzakirə edilməsi barədə dediklərini təkzib edib. Bu barədə "Mediamaks" agentliyi məlumat verib.