...

Azərbaycan ziyalıları müxalifətin seçki blokuna qoşulacaqlar

Siyasət Materials 28 İyul 2010 14:48 (UTC +04:00)
Azərbaycan ziyalıları müxalifətin seçki blokuna qoşulacaqlar.

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ziyalıları müxalifətin seçki blokuna qoşulacaqlar. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Ziyalılar Birliyinin (AZB) sədri Eldəniz Quliyev məlumat verib.

"Biz Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyasının birlikdə yaradacağı seçki blokunu dəstəkləyirik və bu bloka qoşulmaq barədə qərar vermişik. Biz o konsepsiyadan çıxış edirik ki, bu blok siyasətdə təmiz qalan insanların blokudur. Onların mübarizə üsulu məntiqə söykənir. İstərdik ki, bu seçki bloku gələcəkdə siyasi bloka çevrilsin", - Quliyev əlavə edib.

AZB sədri təşkilatın irəli sürəcəyi namizədlərlə də bağlı aydınlıq gətirib. "Kəmiyyətdən daha çox keyfiyyətə diqqət yetirəcəyik. Öz alimlərimizdən, elm xadimlərimizdən, hüquqşünaslarımızdan ibarət 10 nəfərə yaxın şəxsin namizədliyini irəli sürəcəyik", - Quliyev deyib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti