...

Azərbaycan Prezidenti Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 29 İyul 2010 19:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, xalqlarımızı birləşdirən ümumi mənəvi dəyərlərdən, dostluq və qardaşlıq hisslərindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik", - məktubda deyilir.

İlham Əliyev VI Məhəmmədə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Mərakeş xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti