Gürcüstan, Tbilisi, 4 avqust /Trend, müxbir N.Kirsxaliya/
Parlamentin Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın ölüm şəraitinin müəyyən edilməsi üzrə müvəqqəti komissiyası eks-prezident Eduard Şevardnadzenin dindirilməsini tələb edir.
Komissiyanın sədri Konstantin Qamsaxurdiya eks-prezidentdən komissiya üzvlərini qəbul etməyi və onların suallarına cavab verməyi tələb edir.
Qamsaxurdiya bildirib ki, komissiya üçün Eduard Şevardnadzenin bildiyi informasiya çox vacibdir.
Öz növbəsində, eks-prezident komissiyaya etibar etmədiyini bildirir və onunla əməkdaşlıqdan imtina edir.