...

Su basmış ərazilərdə fərdi yaşayış evləri və sosial obyektlərin bərpasına həsr olunmuş müşavirə keçirilib

Siyasət Materials 6 Avqust 2010 22:35 (UTC +04:00)
6 avqust 2010-cu il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin binasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə Saatlı, İmişli və Sabirabad rayonları icra hakimiyyətlərinin müvafiq strukturlarının, Nazirliyin sifarişçi təşkilatının və 12 podratçı təşkilatının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
Su basmış ərazilərdə fərdi yaşayış evləri və sosial obyektlərin bərpasına həsr olunmuş müşavirə keçirilib

6 avqust 2010-cu il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin binasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə Saatlı, İmişli və Sabirabad rayonları icra hakimiyyətlərinin müvafiq strukturlarının, Nazirliyin sifarişçi təşkilatının və 12 podratçı təşkilatının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. Bu barədə FHN-in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Müşavirədə su basmış bütün rayonlarda yaşayış evləri və sosial obyektlərin bərpası və yenidənqurulması ilə bağlı təşkilati məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, artıq gələn həftənin bazar ertəsi günündən etibarən 1500-ə yaxın fərdi yaşayış evinin tikintisinin başlanılması və oktyabr ayının sonuna kimi yekunlaşdırılması, fəlakət zonasında yerləşən 20-yə yaxın məktəb binalarının bərpa-gücləndirmə və təmir-tikinti işlərinin isə dərs ili başlanana qədər tamamlanması barədə müvafiq qurumlara tapşırıqlar verilmişdir. Bundan əlavə, yaxın günlərdə bərpa-gücləndirməyə ehtiyacı olan evlərdə işlərin, habelə bəndlər arasında yerləşən və əvəzinə yeni tikiləcək evlərin köçürülməsinə başlanılması barədə də tapşırıqlar verilmişdir.

Xəbər lenti

Xəbər lenti