...

Azərbaycanın hakim partiyası Parlament seçkilərinə namizədlərini müəyyənləşdirmək üçün apardığı tədqiqat işlərini yekunlaşdırır

Siyasət Materials 12 Avqust 2010 15:01 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Parlament seçkilərinə namizədlərini müəyyənləşdirmək istiqamətində apardığı tədqiqat işlərini yekunlaşdırmaq üzrədir.
Azərbaycanın hakim partiyası Parlament seçkilərinə namizədlərini müəyyənləşdirmək üçün apardığı tədqiqat işlərini yekunlaşdırır

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Parlament seçkilərinə namizədlərini müəyyənləşdirmək istiqamətində apardığı tədqiqat işlərini yekunlaşdırmaq üzrədir.

"YAP namizədlərin müəyyənləşdirilməsində bir sıra amilləri əsas götürür. İlk növbədə, partiya hər bir dairədən özünün namizədini irəli sürəcək. Bununla bağlı kifayət qədər tədqiqat işi aparılır və tədqiqat işi yekunlaşmaq üzrədir", - Trend-in məlumatına görə, bunu cümə axşamı partiyanın rəsmi saytına açıqlamasında YAP-ın icra katibinin müavini, deputat Səyavuş Novruzov bildirib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

YAP rəsmisinin sözlərinə görə, hazırda müxalifət tərəfi seçkilərlə bağlı ümumi bəyanatlar verir.

"Biz onların hansı seçki dairələrindən kimi namizəd irəli sürməsini izləyirik və onlara qarşı alternativ namizədimizi irəli sürəcəyik. Namizədlərin siyahısını isə vaxtı çatanda elan edəcəyik", - deyə YAP icra katibinin müavini vurğulayıb.

Novruzovun fikrincə, müxalifət partiyaları birləşsə də, 125 dairənin hamısına namizəd tapa bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti