Türkiyə Prezidenti Abdullah Gül Bakıya səfəri gedişində Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə ilə görüşəcək. Bu barədə Cihan agentliyi məlumat verib.
Türkiyə Prezidentinin rəsmi səfəri bazar ertəsi başlayacaq və iki gün davam edəcək. Səfər gedişində Gülü Türkiyənin energetika naziri Taner Yıldız müşayiət edəcək.