...

Litva Azərbaycanın Avropaya inteqrasiyasına hər cür köməklik göstərməyə hazırdır - Seymin üzvü

Siyasət Materials 17 Avqust 2010 16:49 (UTC +04:00)
Litva Azərbaycanın Avropaya inteqrasiyasına hər cür köməklik göstərməyə hazırdır.
Litva Azərbaycanın Avropaya inteqrasiyasına hər cür köməklik göstərməyə hazırdır - Seymin üzvü

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir M. Əliyev/

Litva Azərbaycanın Avropaya inteqrasiyasına hər cür köməklik göstərməyə hazırdır. Bunu çərşənbə axşamı Litva Seyminin Xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Arunas Valinskas Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə bildirib.
"Biz münasibətlərimizin daha da genişlənməsinin tərəfdarıyıq və Bakıya səfərin əsas məqsədi də bununla əlaqədar fikir mübadiləsi aparmaqdır", - o bildirib.

Valinskasın sözlərinə görə, Azərbaycan və Litva deputatlarının, aparat nümayəndələrinin "Tvinninq" layihəsi çərçivəsində əməkdaşlığı böyük səmərə verəcək.

Milli Məclisin sədri Oqtay Əsədov görüşdə bildirib ki, Avropaya inteqrasiya baxımından Litvanın keçdiyi yol bizim ücün çox maraqlıdır.
Onun sözlərinə görə, Azərbaycan qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsi baxımından, parlamentlərin aparat əməkdaşları qarşılıqlı təcrübə keçirirlər.

Azərbaycan -Litva əlaqələri yüksələn xətlə inkişaf edir və bu işdə dövlət başçılarının, hökumət və Parlament rəhbərlərinin keçirdikləri görüşlər, aparılan danışıqlar mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti