...

Azərbaycan sərhədçiləri tərəfindən son bir ildə 408 nəfər sərhəd pozucusu saxlanılıb - DSX-nin rəis müavini

Siyasət Materials 18 Avqust 2010 10:51 (UTC +04:00)
Trend-in məlumatına görə, Dövlət Sərhəd Xidməti rəisinin müavini Məhəmməd Abbasquliyev "Xalq qəzeti"nə müsahibəsində bu barədə bildirib.
Azərbaycan sərhədçiləri tərəfindən son bir ildə 408 nəfər sərhəd pozucusu saxlanılıb - DSX-nin rəis müavini

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan sərhədçiləri tərəfindən son bir ildə 408 nəfər sərhəd pozucusu saxlanılıb.

Trend-in məlumatına görə, Dövlət Sərhəd Xidməti rəisinin müavini Məhəmməd Abbasquliyev "Xalq qəzeti"nə müsahibəsində bu barədə bildirib.

Rəis müavininin sözlərinə görə, saxlanılan sərhəd pozucularının 138 nəfəri Azərbaycandan digər ölkələrə keçərkən, 270 nəfəri isə Azərbaycana gələrkən saxlanılıblar.

Abbasquliyev bildirib ki, sərhəd pozucularının 57,6 faizi Azərbaycan, 11,3 faizi İran, 7,8 faizi Gürcüstan, 6,9 faizi Banqladeş, 3,9 faizi Pakistan, 3,2 faizi Rusiya, qalanları Türkiyə, Əfqanıstan, Özbəkistan, Böyük Britaniya, Hollandiya, İspaniya, Suriya və digər ölkələrin vətəndaşları olub.

Bu müddətdə ümumi dəyəri 4 milyon 215 min manat məbləğində qaçaqmal saxlanılıb.

Qanunsuz dövriyyədən 296 kiloqramdan artıq narkotik maddə çıxarılıb.

Axtarışda olan 906 nəfər sərhədçilər tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Azərbaycan Parlamenti 18 avqust 1919-cu ildə "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul edib.

Heydər Əliyevin 16 avqust 2000-ci ildə imzaladığı sərəncamla 18 avqust Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı kimi təsis edilib.

Xəbər lenti

Xəbər lenti