...

Azərbaycanda sağ-mərkəzçi müxalifət partiyaları blok yaratmaq üçün razılığa gələ bilmirlər

Siyasət Materials 19 Avqust 2010 10:37 (UTC +04:00)
Azərbaycanın müxalif "Ədalət", Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş partiyaları seçki bloku yaratmaqda razılığa gələ bilmirlər.
Azərbaycanda sağ-mərkəzçi müxalifət partiyaları blok yaratmaq üçün razılığa gələ bilmirlər

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif "Ədalət", Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş partiyaları seçki bloku yaratmaqda razılığa gələ bilmirlər.

"Seçki blokunun yaradılması ilə bağlı danışıqlar davam etdirilir. Danışıqlarda müəyyən razılaşmalar da əldə olunub. Lakin təqribən, 10 seçki dairəsi üzrə partiyalar arasında razılıq əldə olunmadığına görə, seçki blokunun elan olunması hələ ki, qalır". Bu barədə cümə axşamı Trend-ə açıqlamasında BQP sədri Fazil Mustafa bildirib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

"Yaradacağımız blok tərəfindən 70 seçki dairəsindən namizəd irəli sürülməsi nəzərdə tutulur. Əgər qeyd olunan dairələrdə razılıq əldə edilməsə, yəqin ki, hər partiya o dairələrdə öz namizədini irəli sürəcək və müdafiə edəcək. Qalan dairələrdə ümumi namizədlər dəstəklənəcək", - Mustafa bildirib.

Bi neçə müddət öncə müxalif "Ədalət", Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş partiyaları Parlament seçkilərində birgə iştirak etmək üçün seçki bloku yaradacaqlarını bildirmişdilər.

Xəbər lenti

Xəbər lenti