...

Qazaxıstan Prezidenti sentyabrda Ukraynaya səfər edəcək

Siyasət Materials 20 Avqust 2010 11:21 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sentyabrda Ukraynaya rəsmi səfər edəcək. Bu, Ukrayna Prezidenti Viktor Yanukoviçlə telefon danışığının əsas mövzusu olub. Bu barədə Ak-Ordı mətbuat xidməti xəbər verir.
Qazaxıstan Prezidenti sentyabrda Ukraynaya səfər edəcək

Azərbaycan, Bakı, 20 avqust/ Trend, müxbir S.Süleymanov/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sentyabrda Ukraynaya rəsmi səfər edəcək. Bu, Ukrayna Prezidenti Viktor Yanukoviçlə telefon danışığının əsas mövzusu olub. Bu barədə Ak-Ordı mətbuat xidməti xəbər verir.

"Telefon söhbəti zamanı hər iki lider 2010-cu il sentyabrın 10-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin rəsmi səfərinə hazırlıq məsələlərini müzakirə ediblər", - Ak-Ordının məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, V.Yanukoviç Qazaxıstan Prezidentini 2010-cu il dekabrın 1-2-də Astanada ATƏT üzvü olan dövlət başçılarının sammitinin keçirilməsi barədə tarixi qərarın qəbul edilməsi münasibətilə təbrik edib.

"Həmçinin, 2010-11-ci illərdə Qazaxıstanla Ukrayna arasında "Yol xəritəsi-3" əməkdaşlıq planının reallaşdırılmasına da xüsusi diqqət ayrılıb", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti