...

Azərbaycan Baş Prokurorluğu Ədliyyə Nazirliyinin əməkdaşının törətdiyi ağır qətllə bağlı rəsmi açıqlama yayıb

Siyasət Materials 23 Avqust 2010 15:53 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, avqustun 22-də saat 00:40 radələrində Bakı şəhər sakinləri - işsiz Faiq Yəhyayev və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Habil Bayramov sonuncunun qohumu, Biləcəri Enerji Təchizatı və Enerji Satışı sahəsinin rəisi İsmayıl Allahverdiyevi tamah məqsədilə onun yaşadığı mənzildə 71 zərbə vurmaqla xüsusi amansızlıqla öldürüblər.
Azərbaycan Baş Prokurorluğu Ədliyyə Nazirliyinin əməkdaşının törətdiyi ağır qətllə bağlı rəsmi açıqlama yayıb

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş Prokurorluğu Bakıda baş verən ağır qətllə bağlı açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, avqustun 22-də saat 00:40 radələrində Bakı şəhər sakinləri - işsiz Faiq Yəhyayev və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Habil Bayramov sonuncunun qohumu, Biləcəri Enerji Təchizatı və Enerji Satışı sahəsinin rəisi İsmayıl Allahverdiyevi tamah məqsədilə onun yaşadığı mənzildə 71 zərbə vurmaqla xüsusi amansızlıqla öldürüblər.

Allahverdiyevin səsinə həmin binada yaşayan qohumları gələrək mənzilin giriş qapısını açmağı tələb etməklə bu barədə dərhal polisə məlumat veriblər.

Bu zaman Bayramov məsuliyyətdən yaxa qurtarmaq üçün özünü 5-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən yerə atıb və ağır bədən xəsarəti alıb.

Yəhyayev isə mənzildə polis tərəfindən yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.1 və 120.2.4-cü) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Yəhyayev şübhəli şəxs qismində dindirilərkən hadisəni tamah məqsədilə törətdiyini etiraf edib.

Xəbər lenti

Xəbər lenti