...

Azərbaycanın sağ-mərkəzçi müxalifət partiyalarının blok yaratmaq cəhdi baş tutmayıb

Siyasət Materials 24 Avqust 2010 15:17 (UTC +04:00)
Azərbaycanın müxalif Böyük Quruluş (BQP), Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyalarının seçki bloku yaratmaq fikri planları arxa plana keçib.
Azərbaycanın sağ-mərkəzçi müxalifət partiyalarının blok yaratmaq cəhdi baş tutmayıb

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Böyük Quruluş (BQP), Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyalarının seçki bloku yaratmaq fikri planları arxa plana keçib. Bu barədə çərşənbə axşamı Trend-ə BQP sədri Fazil Mustafa bildirib.

"Seçkilərdə birgə iştirak üçün razılaşa bilmədiyimiz xeyli sayda dairə var. Ona görə də gələcəkdə aramızda narazılıq olmasın deyə, bu məsələdə əməkdaşlıq formatına keçməyə üstünlük verilib", - Mustafa əlavə edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabrın  7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Bir müddət öncə adıçəkilən partiyaların avqust ayının sonlarına seçki blokunun elan olunacağı bildirilib.

Mustafa razılıq əldə olunmamasının səbəblərini də açıqlayıb.

"Belə məqsədəuyğun sayılıb ki, partiyaların öz təbliğatlarını qurmaq baxımından effektli yol bir yerdə iştirak etsin, amma blok şəklində deyil, əməkdaşlıq formasında. Elə dairə olacaq ki, hər üç partiya namizədlərlə çıxış edəcək", - Mustafa deyib.

Xəbər lenti

Xəbər lenti