...

Azərbaycanda nəzərdə tutulmayan yerlərdə kütləvi aksiyaların keçirilməsinə imkan verilməyəcək - daxili işlər nazirinin müavini

Siyasət Materials 27 Avqust 2010 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi bəyan edib ki, Parlament seçkiləri ərəfəsində və sonra nəzərdə tutulmayan yerlərdə kütləvi aksiyaların keçirilməsinə imkan verilməyəcək.

"Kütləvi aksiyalar nəzərdə tutulmuş ərazilərdə, icazə verilən hallarda keçirilməlidir. Belə görüşlərdə polis ictimai asayişi, aksiya iştirakçılarının hüquqlarını, təhlükəsizliyini təmin edəcək. İcazə verilməyən yerlərdə aksiyaların keçirilməsinə imkan verilməyəcək, qarşısı qətiyyətlə alınacaq. Dövlət əhəmiyyətli obyektlərin mühafizəsi gücləndiriləcək" , -Trend-in məlumatına görə, bu barədə cümə günü Dairə Seçki komissiyaları sədrlərinin ixtisasartırma kursları zamanı görüşündə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Azərbaycanda Parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.

Zalov deyib ki, seçkilərdən əvvəl və sonra qanunsuz kütləvi aksiyaların qarşısının qanuna müvafiq olaraq alınması üçün zəruri tədbirlər görüləcək. Bunun üçün yerli polis orqanlarına tapşırıqlar verilib.

Bakı Şəhər İcra Hakimiyyəti siyasi partiyalara aksiyaları Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, "20-ci Yaşayış Sahəsi", Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti