...

İlham Əliyev Qırğızıstanın keçid dövrü prezidentinə təbrik məktubu göndərib

Siyasət Materials 30 Avqust 2010 21:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın keçid dövrü prezidenti xanım Roza Otunbayevaya təbrik məktubu göndərib
İlham Əliyev Qırğızıstanın keçid dövrü prezidentinə təbrik məktubu göndərib

Trend-i buradan izləyin

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın keçid dövrü prezidenti xanım Roza Otunbayevaya təbrik məktubu göndərib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Hörmətli xanım Prezident, Qırğızıstanın milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və öz adımdan təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Qırğızıstan münasibətləri öz tarixi ənənələrinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm" İlham Əliyevin təbrikində deyilib.

Xəbər lenti

Xəbər lenti