...

Bakıda Türkiyə Ordusu Günü qeyd olunub

Siyasət Materials 30 Avqust 2010 21:26 (UTC +04:00)
Bazar ertəsi Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesinin rəhbərliyi ilə təşkil olunan Türk Ordusu Günü ilə bağlı təntənəli tədbirlər keçirilib.
Bakıda Türkiyə Ordusu Günü qeyd olunub

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir Ü.Sadıxova/

Bazar ertəsi Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesinin rəhbərliyi ilə təşkil olunan Türk Ordusu Günü ilə bağlı təntənəli tədbirlər keçirilib.

Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Özhan Ayaş bildirib ki, türk ordusu nəyə qadir olduğunu sübut edib, indi o, ən müasir silahlara malikdir və dünyanın ən inkişaf etmiş ordularındandır, Türkiyə Silahlı Qüvvələrinin terrorizmə qarşı apardığı mübarizə sülhün qorunması üçün nümunədir.

Ayaş qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vaxtında qoyulub.

Ayaş qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vaxtında qoyulub.

Hər il avqustun 30-da Türkiyə böyük dövlət bayramı - Türkiyə Ordusu Gününü (Zafer Bayramı) qeyd edir. Bu tarixdə yunan işğalçıları üzərində həlledici qələbənin şərəfinə tədbirlər keçirilir və Türkiyə müstəqilliyi uğrunda 1922-ci ildə başa çatmış Dumlupinar döyüşündə həlak olanların xatirəsi yad olunur.

Xəbər lenti

Xəbər lenti