...

Rusiya Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Siyasət Materials 2 Sentyabr 2010 20:39 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Fəxri xiyabana gəlib.
Rusiya Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Fəxri xiyabana gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Rusiya dövlətinin başçısı xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Dmitri Medvedev görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər güllər düzüb.

Xəbər lenti

Xəbər lenti