...

NATO və Özbəkistan əməkdaşlığı hər iki ölkə üçün müsbət amildir – alyans baş katibinin xüsusi nümayəndəsi

Siyasət Materials 4 Sentyabr 2010 12:07 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 4 sentyabr /Trend, müxbir D.Əzizov/

Özbəkistan və NATO əməkdaşlığı möhkəmləndiriblər ki, bu da hər iki ölkə üçün müsbət amildir. Bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya ölkələrində xüsusi nümayəndəsi Robert Simmonsun Özbəkistanın Müstəqillik günü təntənələri ilə əlaqədar yerli KİV-də dərc olunan təbrik məktubunda deyilir.

Simmons xatırladıb ki, Özbəkistan NATO Tərəfdaşlıq Planını qəbul edib və öz fəaliyyətində bu planını uğurla həyata keçirir.

"İmkandan istifadə edərək, Özbəkistana Əfqanıstan ərazisindəki silahlı qüvvələrimiz üçün qeyri-hərbi yüklərin daşınması üzrə tranzitlə görə minnətdarlığımı bildirmək istərdim", - məktubda deyilir.

Simmons qeyd edib ki, alyans Qırğızıstanda hadisələrin gedişini çox diqqətlə izləyir və bu ölkədə baş verən faciəli olayların qaynar vaxtında Özbəkistanın fəaliyyətini yüksək qiymətləndirib.

"Biz Aİ, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən qəbul edilən səyləri yüksək qiymətləndiririk. Lakin yubanmadan sərhədləri açan və Qırğızıstandan qaçqınları öz ərazisinə qəbul edən Özbəkistan bu hadisələrin qaynar vaxtında başlıca rol oynayıb. Biz Özbəkistanın qonşu respublikaya yardım göstərməsindəki səylərini alqışlayırıq", - NATO Baş katibinin xüsusi nümayəndəsi bildirib.

Xəbər verildiyi kimi, Əfqanıstan üçün tranzit yüklərdən əlavə, Özbəkistan Əfqanıstanla sərhəddə yerləşən Termez şəhərindəki mülki aeroportu AFR HHQ-yə verib. Bazadan humanitar yardımların göndərilməsi və Əfqanıstanda alman hərbi kontingentinin fəaliyyətinin təminatı üçün istifadə olunur.

Aeroportun icarəyə verilməsi üzrə müqavilə 2002-ci ilin fevralında imzalanıb, 2010-cu ilin aprelində bu aeroportdan istifadə üzrə yeni saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti