...

Türkmənistan Prezidenti əfv haqqında fərman imzalayıb

Siyasət Materials 4 Sentyabr 2010 12:31 (UTC +04:00)
Türkmənistanda müsəlmanlar üçün müqəddəs olan Qədr gecəsi ərəfəsində 3 999 nəfər məhbus, eləcə də Türkmənistan ərazisində cinayət törətmiş xarici vətəndaşlar əfv ediləcək.
Türkmənistan Prezidenti əfv haqqında fərman imzalayıb

Türkmənistan, Aşqabad, 4 sentyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistanda müsəlmanlar üçün müqəddəs olan Qədr gecəsi ərəfəsində 3 999 nəfər məhbus, eləcə də Türkmənistan ərazisində cinayət törətmiş xarici vətəndaşlar əfv ediləcək.

Bu barədə müvafiq fərmanı Prezident Qurbanqulu Berdıməhəmmədov imzalayıb.

Sənəd bu məhbusların cəzalarının qalan müddətindən, eləcə də müəyyən edilmiş yerdə yaşamaq öhdəliyi şərti ilə, əlavə cəza müddətindən azad edilməsini nəzərdə tutur.

"Qədr gecəsi axşamı bir çox məhbuslar əfv ediləcəklər. Onlar normal həyata qayıtmaq və vicdanlı əməklə öz günahlarını yumaq imkanı əldə edəcəklər", - Berdıməhəmmədov hökumətin sonuncu iclasında bildirib.

Qədr gecəsi sentyabrın --6-na keçən gecəyə təsadüf edir.

Xəbər lenti

Xəbər lenti