...

Bakıda Azərbaycan ilə Qazaxıstanın əməkdaşlıq perspektivləri müzakirə olunacaq

Siyasət Materials 8 Sentyabr 2010 11:25 (UTC +04:00)
Bakıda "Azərbaycan-Qazaxıstan: ikitərəfli münasibətlər və qarşılıqlı regional əlaqələr" mövzusunda "dəyirmi masa" keçiriləcək.
Bakıda Azərbaycan ilə Qazaxıstanın əməkdaşlıq perspektivləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda "Azərbaycan-Qazaxıstan: ikitərəfli münasibətlər və qarşılıqlı regional əlaqələr" mövzusunda "dəyirmi masa" keçiriləcək. Trend-in çərşənbə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir sentyabrın 13-də baş tutacaq.

SAM-ın məlumatında o da qeyd olunur ki, təşkilatın dəvəti ilə Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov sentyabrın  12-dən 15-dək Bakıda səfərdə olacaq. Sultanov tədbirdə əsas məruzəçi qismində iştirak edəcək.

"Dəyirmi masa"da, həmçinin, SAM və XİN-in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər də iştirak edəcəklər. Toplantıda iki ölkə arasında mövcud siyasi, iqtisadi və mədəni əlaqələrə nəzər yetiriləcək, münasibətlərin inkişaf perspektivləri müzakirə ediləcək, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti