Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Ağayeva/
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda səfirliyini açacaq.
"Birləşmiş Ərəb Əmirlikləri bu il Azərbaycanda səfirlik açmağı planlaşdırır və hazırda bu istiqamətdə müvafiq işlər aparılır", - bu barədə Trend-ə Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanov bildirib.
BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Əmirliklər 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb.
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə bərqərar olub. 2001-ci ildə Azərbaycan Əbu Dabidə öz səfirliyini açıb, 2006-cı ildən isə Dubayda Azərbaycan konsulluğu fəaliyyət göstərir.