...

Azərbaycanın iqtidaryönlü partiyası Parlament seçkilərinə qatılacağı barədə qərar qəbul edib

Siyasət Materials 15 Sentyabr 2010 11:24 (UTC +04:00)
Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 2010-cu ilin noyabrında keçiriləcək Parlament seçkilərinə qatılacaq.
Azərbaycanın iqtidaryönlü partiyası Parlament seçkilərinə qatılacağı barədə qərar qəbul edib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir M. Əliyev/

Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 2010-cu ilin noyabrında keçiriləcək Parlament seçkilərinə qatılacaq. Trend-in məlumatına görə, bu barədə qərar ASRP Ali Məclisinin iclasında qəbul olunub.

Partiya hazırda namizədlərini müəyyənləşdirir.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti