...

Azərbaycan XİN başçısı Yunanıstana səfər etməyi planlaşdırır - səfir

Siyasət Materials 17 Sentyabr 2010 13:02 (UTC +04:00)
Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafının "yol xəritəsi"nin vacib elementi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Yunanıstana səfərinin təşkilidir. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.
Azərbaycan XİN başçısı Yunanıstana səfər etməyi planlaşdırır - səfir

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafının "yol xəritəsi"nin vacib elementi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Yunanıstana səfərinin təşkilidir. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.

"Yunanıstan XİN başçısı özünün azərbaycanlı həmkarını Afinaya rəsmi səfərə dəvət edib. Səfər tarixi razılaşdırılan kimi, Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin səfər proqramı və gündəliyinin hazırlanması üzrə iş başlayacaq", - azərbaycanlı səfir deyib. Səfərin tarixi, belə hallarda qəbul edildiyi kimi, diplomatik kanallarla müəyyən olunacaq.

"Biz və yunan tərəfi bu səfərə böyük önəm veririk. Çünki birincisi, ikitərəfli və regional səviyyələrdə siyasi əməkdaşlıq, müxtəlif beynəlxalq təşkilatlarda diplomatiyamızın qarşılıqlı əlaqəsi ikitərəfli münasibətlərin strukturunda ən əsas məsələlərdən biridir. İkincisi isə, iki ölkə nazirinin bu və ya digər statusda və ya müxtəlif konfranslarda iştirak etmək üçün qarşılıqlı səfərlərini nəzərə almasaq, ikitərəfli münasibətlərimizdə belə yüksək səviyyədə səfər 1997-ci ilin aprelində Yunanıstan xarici işlər naziri Teodoros Panqalos tərəfindən həyata keçirilib", - səfir bildirib.

Onun sözlərinə görə, həmçinin, iki ölkə xarici işlər nazirlərinin müavinləri səviyyəsində XİN-lərarası məsləhətləşmələr praktikasının davam etdirilməsi planlaşdırılır. "Belə siyasi məsləhətləşmələr çox vacibdir, çünki onlar siyasi dialoq və əməkdaşlığın bütün prosesini stimullaşdırır, siyasi əməkdaşlığın istiqamətlərini müəyyən edir", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti