...

Ermənistanın arzuedilməzlərin "qara siyahı"sında növbəti kim olacaq? – Trend-in icmalçısı

Siyasət Materials 20 Sentyabr 2010 09:00 (UTC +04:00)
Dünyada cərəyan edən siyasi proseslərə dünya ermənilərinin təsir dərəcəsi nəinki təəccüb, həm də külli miqdarda suallar doğurur.
Ermənistanın arzuedilməzlərin "qara siyahı"sında növbəti kim olacaq? – Trend-in icmalçısı

Elmira Tarıverdiyeva, Trend-in Avropa redaksiyasının icmalçısı

Dünyada cərəyan edən siyasi proseslərə dünya ermənilərinin təsir dərəcəsi nəinki təəccüb, həm də külli miqdarda suallar doğurur. Ermənilərin əleyhinə qızğın fəaliyyət göstərdikləri ABŞ-ın Azərbaycanda səfir təyin etməsi ilə bağlı gözlənilməz hadisələrə nöqtə qoyulmamış yeni əhvalat ortaya çıxıb. Bu dəfə AŞPA monitorinq komitəsinin İsveç həmməruzəçisi Qoran Lindblad "əzabkeş" ermənilərin ürəyincə olmayıb.

Avropaya inteqrasiya üzrə parlament komissiyasının daimi nümayəndəsi Naira Zoqrabyan sentyabrın 17-də bəyan edib ki, "AŞPA monitorinq komitəsinin İsveç həmməruzəçisi Qoran Lindblad özünün antierməni ritorikasına görə, faktik olaraq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tamhüquqlu üzvüdür", - "Mediamaks" xəbər verir.

Zoqrabyan Ermənistan üzrə həmməruzəçi postundan Linbladın geri çağırılması ilə bağlı hüquqi imkanların olmaması ilə əlaqədar təəssüfləndiyini ifadə edib.

Lakin əgər Fransadakı çoxsaylı erməni diasporu özlərinin nüfuzlu amerikalı silahdaşlarından nümunə götürsələr, region üzrə avropalı nümayəndələr məsələsini Prezident Barak Obamanın irəli sürdüyü Azərbaycandakı səfir postuna namizədliklə bağlı məsələnin indi həll edildiyi kimi asan yoluna qoymaq olar.

Bir neçə gündən sonra, sentyabrın 21-də Birləşmiş Ştatların Azərbaycandakı səfiri postuna Metyu Brayzanın namizədliyi ABŞ Konqresində müzakirə olunacaq.

Erməni diasporunun Brayzanı Azərbaycana səfir təyin edilməməsi tələblərinin cavabsız qalacağına inanmaq istərdik. Lakin hələlik hər şey bunun əksini göstərir.

ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin keçmiş müavini və ATƏT MQ-nin keçmiş amerikalı həmsədri Metyu Brayzanın üzləşdiyi problemlərə əsasən, ABŞ-ın diplomatik nümayəndələrinin təyinatı məsələsi, praktik olaraq, ölkənin erməni diasporu tərəfindən təkbaşına həll edilir.

Brayzanın Azərbaycanda səfir postuna namizədliyi elan ediləndən başlayaraq, erməni diasporu bu təyinatın erməni tərəfinin maraqlarına cavab verməməsindən şikayətlənməkdən yorulmur. Nə üçün Azərbaycanda səfirin təyin olunması Bakını iyirmi il əvvəl diplomatik münasibətləri kəsdiyi xalqın diasporunu və ölkənin özünü qane etməli olması ritorik sualdır.

Erməni diasporu erməniyönlü senatorların vasitəsilə ABŞ-da çox məsələləri həll edirlər. Erməni lobbisi Ermənistan-Türkiyə barışığı prosesində, Dağlıq Qarabağ məsələsində, Türkiyəyə ABŞ səfirinin indiki təyinatında və Allah bilir, daha hansı mühüm siyasi proseslərdə sonu olmayan və barışmaz rol oynayır. Dünya ermənilərinin Cənubi Qafqaz regionuna və orada cərəyan edən hadisələrə maraq göstərmələri təəccüblü deyil. Təəccüblü başqasıdır. Nə üçün bu onlarda belə gözəl alınır? Nə üçün prezident Obama bu və ya digər ölkəyə, onun fikrincə, münasib səfirin təyin edilməsinə nail ola bilmir?

İndi Türkiyə və Azərbaycan erməni lobbisi tərəfindən tam bəyənilmədən ABŞ-ın regionda nümayəndələrin təyin etməməsini necə anlamalıdır? Bu zaman sualın belə qoyuluşu ABŞ-ın Ermənistanla düşmən olan ölkələrdə təyin etdiyi nümayəndələrin loyallığına, ən azı, şübhə yaradır. Aydırdır ki, ermənilərin xeyir-dua verdiyi namizədlər, çətin ki, Azərbaycanın və ya Türkiyənin maraqlarına əməl etsinlər və tamamilə qərəzsiz olsunlar.

Və hələ Ermənistanın arzuolunmazlar siyasında növbəti hansı ABŞ nümayəndəsinin olacağı məlum deyil.

Bundan əlavə, əgər erməni diasporunun maraqları Kapitolidə belə yüksək qiymtələndirilirsə, onda əlbəttə, separatçı rejimin dəstəklənməsinə yönəldilən Dağlıq Qarabağa daimi maliyyə yardımının ediləcəyinə şübhə etmək lazım gəlmir.

Amerika Erməni Milli Komitəsinin (AEMK) məlumatına görə, ABŞ Nümayəndələr Palatasının Xarici təxsisatlar komitəsi 2011-ci il büdcəsini təsdiqləyib. Həmin sənədə görə, Ermənistana ayrılan maliyyə yardımının həcmi 44 milyon dollar təşkil edir.

Bəs sonda nə alınır? Bir ildən çox müddətdə Amerikanın Azərbaycanda səfirinin olmaması Bakı və Vaşinqtonun münasibətlərinə təsir etməyə bilməz. Avrasiyanın əsas ölkələrinin birində ABŞ səfirinin olmaması faktı Ağ evə regionda öz xarici siyasətini yürütməyə mane olur.

Bu zaman erməni diasporu ABŞ-la münasibətlərdən və Konqresin hərəkətlərindən tam razıdır. Hələlik onlar, demək olar, tələb etdikləri hər şeyi əldə etməyə nail olurlar.

Ağ evin, obyektiv olaraq, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına yönəldilən səylər - buraya müdafiə naziri Robert Geytsin və dövlət katibi Hillari Klintonun bu yaxınlardakı səfərlərini aid etmək olar - bu fonda az əhəmiyyətli görünür. Ağ evin Azərbaycanla tərəfdaşlıq münasibətlərinə baxmayaraq, ABŞ Konqresi sanki əks-istiqamətə hərəkət edir və Bakının onun qərarlarına ehtiyatla yanaşması üçün bacardığını edir.

Xəbər lenti

Xəbər lenti