...

Gürcüstan Parlamentinin spikeri ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Siyasət Materials 20 Sentyabr 2010 11:11 (UTC +04:00)
Gürcüstan Parlamentinin spikeri David Bakradze ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordonla görüşüb.
Gürcüstan Parlamentinin spikeri ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Gürcüstan, Tbilisi, 20 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Parlamentinin spikeri David Bakradze ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordonla görüşüb. Gürcüstan Parlamentindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər daxili siyasi məsələləri, Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti və onların işğaldan azad olunması məsələlərini müzakirə ediblər.

Qeyd olunub ki, ABŞ-ın dəstəyi, Gürcüstan-Amerika münasibətlərinin dərinləşməsi Gürcüstan üçün çox vacibdir. Söhbət zamanı Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlıq xartiyasına da toxunulub.

"Gürcüstan-Amerika münasibətləri ölkəmizdə sülhə və sabitliyə birbaşa təsir göstərir", - Bakradze görüş zamanı bildirib.

Gürcü spiker, həmçinin, amerikalı konqresmen Con Tanerlə də görüş keçirib. Tərəflər ABŞ Konqresində müzakirəyə çıxarılacaq Gürcüstanın işğaldan azad olunması haqqında qətnaməni də müzakirə ediblər.

Taner həm də NAT Parlament Assambleyasının sədridir. Konqresmenin sözlərinə görə, Assambleya Gürcüstanla bağlı xüsusi qətnamə qəbul etmək niyyətindədir.

Bu gün Bakradze Nyu-Yorka yola düşəcək və orada BMT Baş Assambleyasının işində iştirak edəcək Prezident M.Saakaşvilnin rəhbərlik etdiyi nümayəndə heyətinə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti