...

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyi Senatın komitəsində təsdiq edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Sentyabr 2010 05:30 (UTC +04:00)
Çərşənbə axşamı ABŞ Senatının Xarici əlaqələr komitəsi ATƏT MQ-nin keçmiş həmsədri, ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Bu barədə "Azadlıq" radiosunun saytı məlumat verib.
ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyi Senatın komitəsində təsdiq edilib (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: İkinci abzas əlavə olunub, başlıq və lid dəyişdirilib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Çərşənbə axşamı ABŞ Senatının Xarici əlaqələr komitəsi ATƏT MQ-nin keçmiş həmsədri, ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini təsdiq edib. Bu barədə "Azadlıq" radiosunun saytı məlumat verib.

Səsvermədə 17 senator lehinə, 2 nəfər isə əleyhinə səs verib. Brayzanın namizədliyi ABŞ Senatı tərəfindən də təsdiq edilməlidir.

Azərbaycandakı ABŞ Diplomatik Nümayəndəliyinin rəhbəri postu bir ildən artıq müddətdə boş idi.

Bundan əvvəl ABŞ konqresmenləri Solomon Ortiz (Solomon Ortiz), Maykl Mak-Maxon (Michael McMahon), Mixail Konavey (Michael Conaway), Bill Şuster (Bill Shuster), Syu Mirik (Sue Myrick), Şelli Mur Kapito (Shelley Moore Capito) Konqresə məktub göndərərək, Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri postuna namizədliyini dəstəkləmişdilər.

Konqresmenlər məktublarında ABŞ-ın Bakıda səfirinin təyin olunması prosesinin sürətləndirilməsini xahiş etmiş və mayın 25-də Barak Obamanın bu vəzifəyə Brayzanın namizədliyini irəli sürməsindən məmnunluqlarını ifadə etmişdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı

Xəbər lenti

Xəbər lenti