Gürcüstan, Tbilisi, 23 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bəyan edib ki, Avropa İttifaqı münaqişəli regionların tanınmaması siyasətini davam etdirəcək.
"Bizim öz mövqelərimizdə möhkəm dayanmağımız çox vacibdir. Gürcüstan-Rusiya münasibətlərinin normallaşdırılması prosesində ciddi maneələr mövcuddur və bu problemin unudulmaması vacibdir", - Semnebi Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hər iki ölkə Moskva ilə Tbilisinin münasibətlərini normallaşdırması məsələsinin aktuallığının ön plana çəkilməsində maraqlıdır.
"Lakin bu o demək deyil ki, biz tərəflər arasında mübahisənin predmeti olan məsələlər haqqında unutmalıyıq", - Aİ nümayəndəsi bəyan edib.