...

Meyidlərin geri qaytarılması məsələsi Azərbaycan müdafiə naziri ilə BQXK-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri arasında keçirilən görüşdə müzakirə edilib

Siyasət Materials 28 Sentyabr 2010 14:56 (UTC +04:00)
Azərbaycan hərbçisinin meyidlərin geri qaytarılması məsələsi Azərbaycan müdafiə naziri ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri arasında keçirilən görüşündə müzakirə edilib.
Meyidlərin geri qaytarılması məsələsi Azərbaycan müdafiə naziri ilə BQXK-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri arasında keçirilən görüşdə müzakirə edilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan hərbçisinin meyidlərin geri qaytarılması məsələsi Azərbaycan müdafiə naziri ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri arasında keçirilən görüşündə müzakirə edilib. Bu barədə çərşənbə axşamı MN-in mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 28-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsi Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri xanım Paskal Mej Vaqneri qəbul edib.

Məlumata görə, görüş zamanı nazir Səfər Əbiyevlə xanım Paskal Mej Vaqner arasında əsirlərin qaytarılma məsələsi müzakirə olunub. Səfər Əbiyev iki Azərbaycan hərbçisinin meyidinin geri alınması üzərində xüsusilə dayanıb.

Nazir Əbiyev Qırmızı Xaç Komitəsi ilə əlaqələrin genişləndirilməsini diqqətə çəkərək bildirib ki, bu beynəlxalq qurumun indiki zamanda fəaliyyətini daha da gücləndirməsinə və öz missiyasına uyğun olaraq müharibə qurbanlarının vəziyyəti ilə daha yaxından məşğul olmasına böyük ehtiyac yaranıb.

Xəbər lenti

Xəbər lenti