...

Azərbaycanlı millət vəkili "Türk millətinin xidmətçiləri" mükafatına layiq görülüb (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 28 Sentyabr 2010 23:25 (UTC +04:00)
Azərbaycanlı millət vəkili Qənirə Paşayeva “Yeni Nəsil Azərbaycan Gəncliyi” İctimai birliyinin təsis etdiyi “Türk millətinin xidmətçiləri” mükafatına layiq görülüb. Trend-in məlumatına görə Xanım Paşayeva Türkiyə və Azərbaycan dotluğunun inkişafında xidmətlərinə və istiqamətdəki fəaliyyətinə, türk dünyasını tanıtmaq üçün üçün yaratdığı əsərlərə görə bu mükafata layiq görülüb.
Azərbaycanlı millət vəkili "Türk millətinin xidmətçiləri" mükafatına layiq görülüb (YENİLƏNİB) (FOTO)

RED. əlav.: Millət vəkilinin çıxışı və digər  təfərrüatlar əlavə olunub

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı millət vəkili Qənirə Paşayeva "Yeni Nəsil Azərbaycan Gəncliyi" İctimai birliyinin təsis etdiyi "Türk millətinin xidmətçiləri" mükafatına layiq görülüb.

Trend-in məlumatına görə Xanım Paşayeva mükafata türk dünyasına göstərilən xidmətlərinə və türk dünyasını tanıtmaq istiqamətində fəaliyyətinə görə layiq görülüb.

Mükafatlanma mərasimində çıxışı zamanı millət vəkil Paşayeva, ölkəmizin müstəqilliyini yeni əldə etməsinə baxmayaraq, Azərbaycanın türk dövlətlərinin və xalqlarının bir-birinə yaxınlaşması, birliyi istiqamətində böyük işlər gördüyünü deyib.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi böyük işlərdən danışan millət vəkili, vurğulayıb ki, məhs bu siyasət nəticəsidir ki, TÜRKPA katibliyi Azərbaycanda fəaliyyət göstərir, Azərbaycan rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda türk dövlətlərinin başçılarının zirvə toplantıları, türk xalqlarının qurultayı, dünyada yaşayan bütün türk diaspor təşkilatlarının böyük forum və toplantıları keçirilir.

Millət vəkili vurğulayıb ki,  ölkə Prezidentinin bu istiqamətdə fəaliyyəti hər bir Azərbaycan gənci üçün örnəkdir və bizim gənclərimiz türk dünyasının həmrəyliyi və birliyi istiqamətində əlindən gələni etməlidir.

Güc birlikdədir, deyən millət vəkili, qeyd edib ki, türk dövlətlərinin və xalqlarının hər zaman bir-birinin yanında olması və bir-birinə dəstək verməsi çox önəmli bir məsələdir.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan qadınının, Türk qadınının keçmişdə də bu gündə də millətimizin inkişafı və dünyada yüksək səviyyədə təqdim edilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bir Azərbaycan qadını olaraq, Türk qadınlarını bütün dünyada yüksək səviyyədə təmsil etdiyini deyən millət vəkili, onun fəaliyyətinin gənc qızlarımız və qadınlarımız üçün böyük örnək olduğunu vurğulayıb.

Xanım Paşayeva deyib ki, gənclərimiz həm Azərbaycanın inkişafı üçün, həm də Türk dünyasının inkişafı və birliyi üçün yorulmadan çalışmalıdır.

Millət vəkili gəncləri  türk dünyasının böyük aydınları İsmail bəy Qaspirallı, Əli bəy Hüseynzadə, Ziya Göyalp və digərlərinin yazıb yaraddıqlarını oxumağa və öyrənməyə, tariximizə daha da möhkəm sahib çıxmağa çağırıb.
 
Xanım Paşayeva ilə yanaşı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Şimali Kipr Türk Respublikasının keçmiş xarici işlər naziri, Demokrat partiyasının sədri Sərdar Denktaş, türkiyəli millət vəkilləri Mustafa Kabakçı, Külşad Tüzmən və Atilla Kaya, Azərbaycanlı millət vəkili və Atatürk mərkəzinin sədri Nizami Cəfərov, millət vəkili Əli Hüseynov, Gənclər təşkilatlarının milli şurası, azərbaycanda iş adamı Yavuz Kələş, araşdırmaçı -yazar Səlcuk Düzgün, sənətçi Şəmistan Əlizamanlı, TUSİAB, TİKA, İctimai TV, və TRT televiziyasıda "Türk millətinin xidmətçiləri" mükafatına layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti