...

Azərbaycanın müxalif "Müsavat" Partiyası MSK-da öz nümayəndələrinin namizədlərini təyin edib

Siyasət Materials 29 Sentyabr 2010 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif "Müsavat" Partiyası MSK-dakı vakant yerlərə öz nümayəndələrinin namizədliyini təyin edib.

Partiyanın seçki departamentinin rəhbəri Gülağa Aslanlı və bitərəf Ənvər Əliyevin namizədliyi Azərbaycan Mərkəzi Seçki Komissiyasında boş yerlərə təqdim olunub. Bu barədə Trend-ə "Müsavat"ın İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

O deyib ki, Gülağa Aslanlının namizədliyi müxalifətdən MSK-nın katibi postuna da təqdim edilib.

Xəbər lenti

Xəbər lenti