...

Brayzənin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyinə Senatda çərşənbə axşamı baxılacaq

Siyasət Materials 5 Oktyabr 2010 12:42 (UTC +04:00)
ATƏT MQ-nin keçmiş həmsədri Mətyu Brayzənin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyinə çərşənbə axşamı, oktyabrın 5-də baxılacaq. Bu barədə ABŞ Konqresinin Yuxarı Palatasının saytında məlumat verilir.
Brayzənin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyinə Senatda çərşənbə axşamı baxılacaq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Y.Ostapenko/

ATƏT MQ-nin keçmiş həmsədri Mətyu Brayzənin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyinə çərşənbə axşamı, oktyabrın 5-də baxılacaq. Bu barədə ABŞ Konqresinin Yuxarı Palatasının saytında məlumat verilir.

ABŞ Senatının Xarici siyasət komitəsi sentyabrın 22-də Brayzənin səfir təyinatını təsdiqləyib. Bundan əvvəl Brayzə Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini postunu tutub. Onun namizədliyinin təsdiqlənməsi lehinə 17, əleyhinə isə 2 senator səs verib. İndi bu təyinat Senat tərəfindən təsdiq edilməlidir.

Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna Brayzənin namizədliyini rəsmən irəli sürüb.

Azərbaycandakı ABŞ Diplomatik Nümayəndəliyinin rəhbəri postu bir ildən artıq müddətdə, keçmiş səfir Enn Dersinin bu postu tərk etməsindən sonra boş idi.

Mətyu Brayzə 2005-ci ildə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini təyin edilib. Bu vəzifədə o, Cənubi Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələrə görə cavabdeh olub, Dağlıq Qarabağ, Avrasiya və Cənubi Osetiya münaqişələrinin həlli üzrə ABŞ-ın səylərinə rəhbərlik edib, ABŞ-ın Qara dəniz və Xəzər regionundakı enerji siyasətini əlaqələndirib.
2006-2009-cu illərdə Mətyu Brayzə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə amerikalı həmsədri postunu tutub.

Xəbər lenti

Xəbər lenti