...

ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Media Akademiyanın tələbələri ilə görüşüb (FOTO)

Siyasət Materials 9 Oktyabr 2010 12:02 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Kis Bin cümə günü Media Akademiyanın tələbələri ilə görüşüb. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.
ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Media Akademiyanın tələbələri ilə görüşüb (FOTO)

Аzərbaycan, Bakı, 9 oktyabr /Trend/

ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Kis Bin cümə günü Media Akademiyanın tələbələri ilə görüşüb. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.

Kis tələbələrlə ABŞ-ın Azərbaycanla bağlı siyasətinin əsas istiqamətləri barədə söhbət edib. Həmçinin, söhbət zamanı tərəflər mədəniyyət, informasiya siyasəti, diplomatiya və jurnalistika məsələlərini müzakirə ediblər. Bin iki ölkə arasında tələbə mübadiləsi və mədəni tədbirlərin təşkili barədə məsələlərə toxunmuş və bunların iki ölkə arasında  əhəmiyyət daşıdığını qeyd etmişdir.

Bin söhbət zamanı Azərbaycanda Amerika Mərkəzinin fəaliyyətinə də toxunmuşdur. Eyni zamanda, Bin akademiyanın tələbələri ilə söhbətində ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan düzəlişə və bu məsələnin Azərbaycan tərəfi ilə daha fəal müzakirə olunmasının vacibliyinə də toxunub.

Xəbər lenti

Xəbər lenti