...

Bakıda polis əməkdaşı xidməti silahı ilə bir nəfərə xəsarət yetirib

Siyasət Materials 11 Oktyabr 2010 10:56 (UTC +04:00)
Prokurorluqdan bildirilib ki, hadisə təsadüfən baş verib.
Bakıda polis əməkdaşı xidməti silahı ilə bir nəfərə xəsarət yetirib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Bakıda polis əməkdaşı xidməti silahı ilə bir nəfərə xəsarət yetirib.

Qaradağ Rayon Prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin inspektoru Aydın Məmmədov xidməti silahı ilə həmin rayonun sakini - 52 yaşlı Ağaməmməd Ağayevi ayağından yaralayıb.

Prokurorluqdan bildirilib ki, hadisə təsadüfən baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti