...

Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Siyasət Materials 12 Oktyabr 2010 20:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adailehin etimadnaməsini qəbul etmişdir, - bu barədə AzərTAc Dövlət Agentliyi məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adailehin etimadnaməsini qəbul etmişdir,  - bu barədə AzərTAc Dövlət  Agentliyi  məlumat  verir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Adel Mohammad Adaileh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Bu yaxınlarda BMT-də İordaniya Kralı II Abdullah ilə görüşünü xatırlayan Prezident İlham Əliyev onunla mütəmadi olaraq görüşdüyünü məmnuluq hissi ilə qeyd etdi. Ölkələrimiz arasında siyasi sahədə əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün də hər iki tərəfin güclü iradəyə malik olduğunu bildirdi. Birgə layihələr üzərində işlənildiyini qeyd edən dövlətimizin başçısı bu layihələrin həyata keçiriləcəyinə və uğurlu əməkdaşlığımızın davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Səfir Adel Mohammad Adaileh İordaniya Kralı II Abdullahın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Siyasi sahədə əlaqələrimizin ən yüksək səviyyədə olduğunu bildirən səfir ticarət və iqtisadi sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün görüləsi çoxlu işlərin olduğunu vurğuladı. İlin sonunda ikinci İordaniya-Azərbaycan hökumətlərarası Komissiyanın növbəti toplantısının Bakıda keçiriləcəyini qeyd edən diplomat, İordaniya Kralının ona əlaqələrimizin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verdiyini dedi.

Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti