...

Milli Məclisin deputatları Dövlət Büdcəsindən təhsilə və səhiyyəyə ayrılan vəsaitin artırılmasını təklif edirlər

Siyasət Materials 13 Oktyabr 2010 14:01 (UTC +04:00)
Çərşənbə günü Milli Məclisdə 2011-ci il Dövlət Büdcəsinin müzakirələri keçirilib
Milli Məclisin deputatları Dövlət Büdcəsindən təhsilə və səhiyyəyə ayrılan vəsaitin artırılmasını təklif edirlər

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/

Çərşənbə günü Milli Məclisdə 2011-ci il Dövlət Büdcəsinin müzakirələri keçirilib.

"Dövlət Büdcəsinin layihəsi bugünkü tələblərə cavab verir. Müharibə vəziyyətində olan dövlətin prioritetləri hərbi potensialın artırılmasından ibarətdir", - deputat Aydın Mirzəzadə öz çıxışında bildirib.

Eyni zamanda o, büdcədə təhsil və səhiyyə işçilərinin əmək haqlarının artırılmasının nəzərə alınması barədə istəyini ifadə edib.

Deputat Musa Quliyev hesab edir ki, 2011-ci ilin büdcəsi ölkənin uğurlu sosial-iqtisadi inkişafını təmin edir. "Azərbaycanda səhiyyə sahəsində 10 dövlət proqramı həyata keçirilir. Gələn il icbari tibbi sığortanın genişləndirilməsi və dövlət qulluqçularının bura cəlb edilməsi zəruridir", - Quliyev bidlirib.

Öz növbəsində, deputat Nəsib Nəsibli Dövlət Büdcəsi layihəsində nəzərdə tutulan vəsaitin yetərli olmadığını hesab edir. Onun sözlərinə görə, bu sahədə çoxlu sayda problemlərin olmasına baxmayaraq, 2010-cu illə müqayisədə onlar cəmi 10 faiz artırılıb.

Xəbər lenti

Xəbər lenti