...

Bugünədək Azərbaycanda Parlament seçkilərini müşahidə etmək üçün 26 ölkənin nümayəndələri qeydiyyata alınıb – MSK sədri

Siyasət Materials 19 Oktyabr 2010 17:37 (UTC +04:00)
Bugünədək Azərbaycanda Parlament seçkilərinin müşahidə olunması üçün 26 ölkənin nümayəndələri qeydiyyata alınıb. Bu barədə çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
Bugünədək Azərbaycanda Parlament seçkilərini müşahidə etmək üçün 26 ölkənin nümayəndələri qeydiyyata alınıb – MSK sədri

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir M.Əliyev/

Bugünədək Azərbaycanda Parlament seçkilərinin müşahidə olunması üçün 26 ölkənin nümayəndələri qeydiyyata alınıb. Bu barədə çərşənbə axşamı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

"Artıq 350 beynəlxalq müşahidəçi qeydiyyata alınıb ki, onlardan 304 nəfəri MDB ölkələrindən, 10-u TürkPA üzvü olan ölkələrdəndir", - Pənahov bildirib.

Onun sözlərinə görə, yerli müşahidəçilər nəzərə alınmaqla, hər seçki məntəqəsinə iki müşahidəçi düşür ki, bu da yaxşı göstəricidir.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

MSK-nın iclası zamanı "AXCP-Müsavat" siyasi blokunun emblemi də təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti