...

Azərbaycan MSK-nın sədri namizədləri təşviqat zamanı Seçki Məcəlləsinin tələblərini pozmamağa çağırıb

Siyasət Materials 26 Oktyabr 2010 16:56 (UTC +04:00)
Çərşənbə axşamı MSK-nın iclasında sədr Məzahir Pənahov namizədləri öz təşviqat fəaliyyətləri ətrafında gərginlik yaratmamağa çağırıb.
Azərbaycan MSK-nın sədri namizədləri təşviqat zamanı Seçki Məcəlləsinin tələblərini pozmamağa çağırıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seşki Komissiyasının sədri namizədləri təşviqat dövründə Seçki Məcəlləsinin tələblərini pozmamağa çağırıb.

Çərşənbə axşamı MSK-nın iclasında sədr Məzahir Pənahov namizədləri öz təşviqat fəaliyyətləri ətrafında gərginlik yaratmamağa çağırıb.

İclasda MSK-ya parlament seçkiləri ilə bağlı daxil olan müraciətlərə baxılıb.

MSK-nın çərşənbə axşamı keçirilən iclasında səlahiyyətli nümayəndələr də qeydə alınıb.

Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti