...

ELS Azərbaycanda parlament seçkilərində "exit-poll"un keçirilməsi üzrə hazırlıq işlərini başa vurub

Siyasət Materials 27 Oktyabr 2010 14:14 (UTC +04:00)
ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda parlament seçkilərində "exit-poll"un keçirilməsi üzrə hazırlıq işlərini başa vurub.
ELS Azərbaycanda parlament seçkilərində "exit-poll"un keçirilməsi üzrə hazırlıq işlərini başa vurub

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir M.Əliyev/

ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda parlament seçkilərində "exit-poll"un keçirilməsi üzrə hazırlıq işlərini başa vurub. Bu barədə mərkəzin məlumatında deyilir.

ELS Azərbaycanın bütün regionları üzrə hazırlıq işləri çərçivəsində müsahibəçilər üçün təşkil edilmiş təlimləri başa çatdırıb. Bu təlimlərdə müsahibəçilərə nəzarət edəcək supervayzerlər də iştirak edib. Gələn həftədən etibarən müsahibəçilər lazımi sənəd və ləvazimatlarla təmin olunacaqlar.

ELS Azərbaycanın 1180 seçki məntəqəsində "exit-poll" həyata keçirəcək.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

ELS 2006-cı ildən başlayaraq Azərbaycanda keçirilən bütün seçkilərdə "exit-poll" aparır.

Xəbər lenti

Xəbər lenti