...

Həştərxanda Heydər Əliyevin abidəsinin açılışı Azərbaycan və Rusiya dostluğunun daha bir sübutudur - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)(FOTO)

Siyasət Materials 27 Oktyabr 2010 18:30 (UTC +04:00)
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Həştərxanda abidəsinin açılışı Azərbaycan və Rusiya dostluğunun daha bir sübutudur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılış mərasimində bildirib.
Həştərxanda Heydər Əliyevin abidəsinin açılışı Azərbaycan və Rusiya dostluğunun daha bir sübutudur - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)(FOTO)

RED: əlavəsi: Fotoşəkillər əlavə olunub

Rusiya, Həştərxan, 27 oktyabr /Trend, xüsusi müxbir V.Tyukayev/

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Həştərxanda abidəsinin açılışı Azərbaycan və Rusiya dostluğunun daha bir sübutudur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılış mərasimində bildirib.

"Rusiya və Azərbaycan təkcə Xəzərdə qonşu deyil, eləcə də strateji tərəfdaşdırlar", - İlham Əliyev deyib.

"Heydər Əliyev özünün bütün həyatıboyu Azərbaycan xalqının rifahı naminə çalışıb, o, daim Rusiyaya və rus xalqına sevgi ilə yanaşıb; onun həyatının bir hissəsi oxuduğu və işlədiyi Rusiya ilə ayrılmaz şəkildə bağlıdır", - o bildirib.

"O, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin uğurla inkişaf etməsi üçün çox işlər görüb", - İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, abidə və onun ətrafındakı park daim iki xalq arasında dostluq və qardaşlığın rəmzi, ikitərəfli Azərbaycan-Rusiya münasibətlərinin inkişafının mühüm amili olacaq.

"Hətta biz vahid dövlətdə yaşamağa son qoyulduqdan - 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, Azərbaycanla Rusiya arasında münasibətlər sürətlə inkişaf etməyə başladı. Bu illər ərzində biz bütün istiqamətlərdə müsbət inkişaf görürük. Və bu gün bu bizə münasibətlərimizi strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə etməyə imkan verir", - İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Rusiya Xəzərin bundan sonra da sülh, dostluq və əməkdaşlıq dənizi olaraq qalması üçün regionda fəal çoxtərəfli əməkdaşlığın təminatına can atır.

"Biz Rusiya ilə birgə artıq çoxdan Xəzərdə öz ərazi sərhədlərimizi müəyyən etmişik. Bu il Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı biz quruda dövlət sərhədlərini dürüst müəyyən etdik. Və bütün bu amillər regionumuzda ümumi atmosferə müsbət təsir edir",  - o bildirib.

Prezidentin sözlərinə görə, bu gün həm iki Xəzər və həm də iki Qafqaz ölkəsi kimi, Rusiya ilə Azərbaycan regional əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsi işində və iqtisadi inkişafda mühüm rol oynayırlar.

"Əminəm ki, ölkələrimizin sabitləşdirici rolu bundan sonra da artacaq", - İlham Əliyev deyib.

"Bu gün iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədə olduğu bir vaxtda, Bakı və Moskva iqtisadi əlaqələri fəal inkişaf etdirir və enerji məsələlərini uğurla həll edirlər; eləcə də mədəniyyət sahəsində əməkdaşlıq edirlər", - İlham Əliyev bildirib.

"Mən həştərxanlılara və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinə bu gözəl inkişaf etməkdə olan şəhərdə Heydər Əliyevin abidəsinin ucaldılmasına dair bizim təşəbbüsümüzü dəstəklədiklərinə görə minnətdaram. Bu abidə xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinin rəmzi olacaq", - Azərbaycan Prezidenti deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı olub.

Abidənin ucaldılması ilə bağlı razılaşma vilayət hökumətinin sədri Konstantin Markelovun ötən ilin dekabrında Bakıya səfəri zamanı əldə olunub.

Cari ilin aprelində Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev abidənin ucaldılmasına görə bir neçə yerə baxış keçirib, bundan sonra Həştərxanın Kirov rayonunun Volqaboyu sahilində hündürlüyü 7,2 metr olan bürünc abidənin tikintisi variantı seçilib.
Azərbaycan tərəfi ilə razılaşmaya əsasən, indiki bağ xarici görünüşcə xeyli dəyişdiriləcək, abadlıq zonası sahilədək - Qu gölündəki körpüdən Müqəddəs Knyaz Vladimir kilsəsinə qədər olan ərazini əhatə edəcək.

Abidə ətrafındakı bağın abadlıq layihəsi "Azərlayihətikinti" İnstitutunun mütəxəssisləri tərəfindən yerinə yetirilib. Abadlıq işlərinin maliyyələşdirilməsini Azərbaycan tərəfi öz üzərinə götürüb.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti