...

Gürcüstan və Malayziya XİN rəhbərləri arasında həbs olunan gürcü vətəndaşlarının taleyi ilə bağlı telefon danışığı olacaq

Siyasət Materials 3 Noyabr 2010 11:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 3 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan və Malayziya XİN rəhbərləri arasında həbs olunan gürcü vətəndaşlarının taleyi ilə bağlı telefon danışığı olacaq. Bu barədə Gürcüstan XİN rəhbərinin müavini Nino Kalandadze məlumat verib.

Onun sözlərinə görə, söhbət zamanı Gürcüstanın xairici işlər naziri gürcülərin saxlanmasının və məhkəmə prosedurunun bütün təfərrüatlarını dəqiqləşdirəcək.

Malayziyada iki gürcü vətəndaşının məhkəməsi noyabrın 4-də keçiriləcək.

Nazir müavini ölkə vətəndaşlarından xaricdə iş axtararkən ehtiyatlı olmağı və insan alverinin qurbanına çevrilməməyi xahiş edib. "Belə hallarda ölkənin imicindən əlavə, Gürcüstan XİN-i çətin vəziyyətə düşür. Lakin Xarici İşlər Nazirliyi öz vətəndaşlarının azad olunması üçün bütün addımları atır", - o qeyd edib.

Malayziya hakimiyyəti saxlanılan iki gürcü vətəndaşını - Babutsu Qordadzeni və Darecan Koxtaşvilini 10 kiloqram narkotik maddənin qaçaqmalçılığında günahlandırır. Yerli qanunlara görə, onları ölüm cəzası gözləyir. Qadınlar günahlarını etiraf etmirlər və onlara narkotik maddənin içində olduğu çantanı Malayziyadan əvvəl getdikləri Kamerunda verildiyini bəyan edirlər.

Xəbər lenti

Xəbər lenti