...

Avropa İttifaqı Azərbaycan QHT-lərinə 2 milyon manat ayıracaq

Siyasət Materials 3 Noyabr 2010 19:58 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyi vətəndaş cəmiyyətinin dəstəklənməsi üzrə proqramın həyata keçirilməsi üçün QHT-lərin ərizələrinin qəbulunu elan edərək, qalib təşkilat üçün iki milyon manat müəyyən edib. Bu barədə Aİ-nin press-relizində deyilir.
Avropa İttifaqı Azərbaycan QHT-lərinə 2 milyon manat ayıracaq

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyi vətəndaş cəmiyyətinin dəstəklənməsi üzrə proqramın həyata keçirilməsi üçün QHT-lərin ərizələrinin qəbulunu elan edərək, qalib təşkilat üçün iki milyon manat müəyyən edib. Bu barədə Aİ-nin press-relizində deyilir.

Belə aksiyalar Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək və Aİ-nin insan hüquqları və yoxsulluğun azaldılmasına dair öhdəliyi çərçivəsində həyata keçirilir.

Birinci tenderə əsasən, Avropa Demokratiya və İnsan Hüquqları İnstitutu tərəfindən 1,2 milyon avro vəsait ayrılır. Bu vəsait mill qanunvericiliyi təkmilləşdirmək, onun demokratiya və insan hüquqları sahəsində tətbiqi üçün göstərilən vətəndaş cəmiyyəti səylərinin dəstəklənməsinə sərf olunacaq. Bu təşəbbüs çərçivəsində, həmçinin mülki, siyasi, sosial, iqtisadi və mədəni hüquqlar sahəsində hüquq müdafiəçiləri dəstəklənəcək, ətraf mühit haqqında biliklərin gücləndirilməsi üçün göstərilən vətəndaş cəmiyyəti səylərinə yardım ediləcək.

İkinci tenderə əsasən, İnkişafın Qeyri-Dövlət Subyektləri Proqramı (NSA) tərəfindən 700 000 avro ayrılacaq. Bu vəsait davamlı inkişaf strategiyasının tətbiqində yerli və milli hökumətlərin dəstəklənməsi üçün vətəndaş cəmiyyətinin göstərdiyi səylərə yönəldiləcək. Bu çərçivədə həmçinin kənd yerlərində yoxsulluqdan əziyyət çəkən həssas və müstəsna qruplara da yardım ediləcək.

2006-cı ildən etibarən Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi üçün Avropa İttifaqı tərəfindən Azərbaycana 4,7 milyon avro vəsait ayrılıb.

Yeni tenderlərdə qeydiyyatdan keçmiş Azərbaycan və Avropa vətəndaş cəmiyyətinin bütün təşkilatları iştirak edə bilərlər. İştirak üçün ərizələr gələn il fevralın 11-dək qəbul olunur.

Xəbər lenti

Xəbər lenti