...

Respublikaçılar çətin ki ABŞ-ın Rusiya ilə bağlı siyasətini dəyişə bilsinlər – amerikalı ekspert

Siyasət Materials 6 Noyabr 2010 14:13 (UTC +04:00)
Konqresə keçirilən aralıq seçkilərdə qələbə qazanan respublikaçılar çətin ki ABŞ-ın Rusiya ilə bağlı siyasətini dəyişə bilsinlər.
Respublikaçılar çətin ki ABŞ-ın Rusiya ilə bağlı siyasətini dəyişə bilsinlər – amerikalı ekspert

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Konqresə keçirilən aralıq seçkilərdə qələbə qazanan respublikaçılar çətin ki ABŞ-ın Rusiya ilə bağlı siyasətini dəyişə bilsinlər. ABŞ-ın qanunvericilik sistemi üzrə amerikalı ekspert Bert Rokman belə fikirdədir.

"Birləşmiş Ştatlardakı solçular - mövqeləri aralıq seçkilərdə güclənən respublikaçılar "soyuq müharibə"nin çoxdan başa çatmasını qəbul etmək istəmirlər, - Trend-ə eletron poçtla Padui Universitetinin siyasi elmlər üzrə professoru Rokman deyib. - Onlar Prezident Barak Obamaya mane ola və bu baxımdan onun həyatını "mürəkkəbləşdirə" bilərlər, lakin bu onların edə biləcəkləri yeganə şeydir".

Noyabrın 2-də ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə görə, Respublikaçılar partiyası Konqresin Alt palatasında (Nümayəndələr Palatasında) səslərin əksəriyyətini qazanıb. Səslərin son hesablamalarına görə, respublikaçılar parlamentin Alt palatasında 239, demokratlar isə 183 yer tutacaqlar. Demokratlar Senatda səslərin əksəriyyətini saxlaya biliblər, lakin altı ştatda, o cümlədən Obamanın əvvəllər seçildiyi İllinoysdə uduzublar.

Rokmanın sözlərinə görə, vəzifədə qalan Prezident Obama ABŞ siyasətinin fəaliyyətdə olan başlıca simasıdır.

"Prezident Obama Rusiya ilə çox yaxşı münasibətlərdə maraqlıdır və güman etmək üçün bütün əsas var ki, o və Rusiya Prezidenti Dmitri Medvedev yaxşı ümumi dil tapıblar. Onlar eyni yaş qrupundadırlar, hər ikisi çox ağıllıdır və yəqin ki, çox düşüncəlidirlər", - o qeyd edib.

Cümə axşamı Prezident Obama köhnə tərkibdə Senatın iclası zamanı ilin sonunadək "Strateji hücum silahlarının azaldılması-3" müqaviləsini ratifikasiya etmək barədə niyyətini açıqlayıb.

İndi ABŞ Senatında 57 demokrat, adətən demokratların leyihə səs verən iki müstəqil və 41 respublikaçı senator var. Öz işinə gələn ilin yanvarında başlayacaq Senatın yeni tərkibində 47 respublikaçı, 51 demokrat və iki müstəqil senator olacaq. "Strateji hücum silahlarının azaldılması-3" müqaviləsini ratifikasiyası üçün 67 səs lazımdır.

Rokmanın sözlərinə görə, bununla belə, yəqin ki, Obama Kapitolidəki respublikaçılar tərəfindən Rusiya rəhbərliyi qarşısında kapitulyasiya etmək istəyinə görə tənqid atəşinə tutulub.

Ekspertin fikrincə, lakin onlar çətin ki ABŞ-ın Rusiya ilə bağlı siyasətini dəyişə bilsinlər.

Xəbər lenti

Xəbər lenti