...

Azərbaycanın birinci xanımı deputatlığa namizədlər arasında ən yüksək səs faizi toplayıb

Siyasət Materials 8 Noyabr 2010 15:57 (UTC +04:00)
Azərbaycanın Birinci xanımı deputatlığa namizədlər arasında ən yüksək səs faizi toplayıb
Azərbaycanın birinci xanımı deputatlığa namizədlər arasında ən yüksək səs faizi toplayıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir M.Əliyev/ Azərbaycanda keçirilən parlament seçkiləri zamanı deputatlığa namizədlər arasında ən yüksək səs faizi ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qazanıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, 14 saylı Xəzər II seçki dairəsindən namizəd Mehriban xanım Əliyeva seçicilərin 94,49 faiz səsini qazanıb. Həmin dairədə seçkidə iştirak edən 34 152 seçicidən 31 797-si Azərbaycanın birinci xanımına səs verib.

14 saylı Xəzər II seçki dairəsi seçici fəallığı ilə də seçilib. Dairədə seçici fəallığı 78,21 faiz olub.

14 saylı Xəzər II seçki dairəsində səsvermə prosesini Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və Müstəqil Dövlətlər Birliyindən (MDB) olan beynəlxalq müşahidəçilər və 359 yerli müşahidəçi izləyib.

Mehriban xanım Əliyevanın namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.

Bununla da seçicilər ikinci dəfə Mehriban xanım Əliyevaya böyük etimad göstəriblər. 2005-ci il parlament seçkilərində 14 saylı Xəzər II seçki dairəsində səsvermədə iştirak edən seçicilərin 91,97 faizi Mehriban xanım Əliyevaya səs vermişdi.

Xəbər lenti

Xəbər lenti