...

Azərbaycan Mərkəzi Seçki komissiyası seçkilərlə bağlı daxil olan müraciətlərə baxıb

Siyasət Materials 14 Noyabr 2010 18:04 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası bu günkü iclasında parlament seçkiləri ilə bağlı daxil olan 17 müraciətlərə baxıb.
Azərbaycan Mərkəzi Seçki komissiyası seçkilərlə bağlı daxil olan müraciətlərə baxıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası bu günkü iclasında parlament seçkiləri ilə bağlı daxil olan 17 müraciətlərə baxıb.

Trend-in məlumatına görə müraciətlərin beşində tələb aydın olmadığından, üçündə isə qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən onlar ərizəçilərin özlərinə geri qaytarılıb, biri aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib, digərlərinin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib.  

İclasda cari məsələlərə də baxılıb.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçirilib.
Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılıb. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib

Xəbər lenti

Xəbər lenti