...

ABŞ Rusiyanı atəşkəs rejimi haqqında sazişə əməl etməyə çağırır - müdafiə nazirinin müavini

Siyasət Materials 18 Noyabr 2010 14:23 (UTC +04:00)
ABŞ Rusiyanı 2008-ci il atəşkəs rejimi haqqında sazişə əməl etməyə çağırır. Vaşinqtondakı Hopkins İnstitutunda keçirilən görüşdə Birləşmiş Ştatların müdafiə nazirinin müavini Aleksandr Verşbounun bəyan etdiyi kimi, Amerika bu məsələdə Rusiyaya təzyiq göstərməkdə davam edir.
ABŞ Rusiyanı atəşkəs rejimi haqqında sazişə əməl etməyə çağırır - müdafiə nazirinin müavini

Gürcüstan, Tbilisi, 18 noyabr /Trend, müxbir N.Kirsxaliya/

ABŞ Rusiyanı 2008-ci il atəşkəs rejimi haqqında sazişə əməl etməyə çağırır. Vaşinqtondakı Hopkins İnstitutunda keçirilən görüşdə Birləşmiş Ştatların müdafiə nazirinin müavini Aleksandr Verşbounun bəyan etdiyi kimi, Amerika bu məsələdə Rusiyaya təzyiq göstərməkdə davam edir.

"Bütün tərəflər, o cümlədən, Rusiya sabitliyin əldə olunması üçün konkret addımlar atmalıdır. Biz gürcü həmkarlarımıza münaqişənin hərbi yolla həllinin mümkün olmayacağını izah etmişik", - o, deyib.

Verşbounun sözlərinə görə, ABŞ "Avro-Atlantika sərhədləri boyunca hərbi transformasiya planı"na dəstək göstərməyi davam etdirir. "Bu kömək Gürcüstanın instutisional inkişafını nəzərdə tutur. Bu da  ölkənin NATO-ya daxil olmasına yardım edəcək", - o, qeyd edib.

ABŞ müdafiə nazirinin müavininin sözlərinə görə, Gürcüstanın illik üzvlük proqramında iştirak etdiyi müddətdə Amerika ona Buxarest sammitində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində kömək edəcək.

2008-ci il dekabrın 2-3-də Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündə alyans üzvü olan ölkələr Tbilisini NATO üzvlüyünə namizəd statusu almağa hazır hesab etməyiblər və NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planının verilməsini qeyri-müəyyən müddətə təxirə salıblar. Gürcüstanın alyansın ÜFP alması ilə bağlı ilk ərizəsi 2008-ci ilin aprelində Buxarestdə keçirilən NATO sammitində təxirə salınıb. O zaman ölkənin gələcəkdə bloka üzv olacağı bəyan edilib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub.

Xəbər lenti

Xəbər lenti