...

Özbəkistan senatı dekabrda plenar iclas keçirəcək

Siyasət Materials 20 Noyabr 2010 11:45 (UTC +04:00)
Özbəkistanın Ali Məclisi (parlamentin yuxarı palatası) dekabrın 3-də dördüncü plenar iclas keçirəcək. Bu barədə şənbə günü Senatın mətbuat xidməti məlumat verib.
Özbəkistan senatı dekabrda plenar iclas keçirəcək

Özbəkistan, Daşkənd, 20 noyabr /Trend, müxbir D.Əzizov/

Özbəkistanın Ali Məclisi (parlamentin yuxarı palatası) dekabrın 3-də dördüncü plenar iclas keçirəcək. Bu barədə şənbə günü Senatın mətbuat xidməti məlumat verib. Plenar iclasın gündəliyinə Ali Məclisin Senatının, yerlərdə dövlət hakimiyyəti orqanlarının rolunun gücləndirilməsi və Özbəkistan Prezidenti İslam Kərimovun noyabrın 12-də palatanın birgə iclasında "Ölkədə demokratik cəmiyyətin formalaşması və gələcəkdə islahatların dərinləşməsi konsepsiyası" məruzəsi fonunda Özbəkistanın müasirləşdirilməsi üzrə məsələlər daxil olunub.

Senatın plenar iclasının müzakirəsinə 2011-ci ildə respublikanın dövlət büdcəsi layihəsini, həmçinin qanunlar daxil etmək planlaşdırılır. Xüsusilə də iclasın gündəliyinə "Daşınmaz əmlak üzrə fəaliyyət haqqında", "İdmanda dopinqlə mübarizə üzrə beynəlxalq konvensiyanın təsdiqlənməsi haqqında (Paris, 2005-c ilin 19 oktyabr)", "Təbii inhisarlar haqqında" və " Sığorta fəaliyyəti haqqında" qanunların müzakirəsi, Özbəkistanın Ali Məhkəməsinin tərkibinə dəyişikliklər edilməsi barədə məsələ daxil edilib.

"Plenar iclasda Senatın səlahiyyətlərinə dair digər məsələlər də müzakirə olunacaq", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti