...

Azərbaycanda bəzi müxalifət partiyalarının parlament seçkilərində ciddi qanun pozuntuları olması barədə fikirləri əsassızdır - spiker

Siyasət Materials 20 Noyabr 2010 14:06 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin spikeri bəzi müxalifət partiyalarının parlament seçkilərində ciddi qanun pozuntuları olması barədə fikirlərini əsassız sayır.
Azərbaycanda bəzi müxalifət partiyalarının parlament seçkilərində ciddi qanun pozuntuları olması barədə fikirləri əsassızdır - spiker

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli Məclisinin spikeri bəzi müxalifət partiyalarının parlament seçkilərində ciddi qanun pozuntuları olması barədə fikirlərini əsassız sayır.

"Müxalifətin dediyi fikirlər tamamilə yalandır, seçkilər yüksək səviyyədə təşkil olunub, şəffaf və demokratik keçib", - şənbə günü jurnalistlərə spiker Oqtay Əsədov deyib.

Müxalif Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları seçkinin nəticələrini tanımadığını bəyan edib.

Əsədov bildirib ki, hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərində bir daha güclü olduğunu sübut edib.

"YAP-dan Parlamentə 71 nəfər deputat seçilib. Əminəm ki, hakim partiya Milli Məclisdə əvvəlkindən daha yüksək səviyyədə təmsil olunacaq", -  Əsədov əlavə edib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib.

Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb. MSK seçkilərin ilkin nəticələrini açıqlayıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti