...

Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələri ilə bağlı iclasının vaxtı bəlli olub

Siyasət Materials 23 Noyabr 2010 12:21 (UTC +04:00)
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidməti çərşənbə axşamı məlumat yayıb.
Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələri ilə bağlı iclasının vaxtı bəlli olub

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu noyabrın 26-da keçiriləcək iclasında parlament seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxacaq.

Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidməti çərşənbə axşamı məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında yekun protokol təsdiq edilib və KM-ə təqdim olunub.

Azərbaycanda noyabrın 7-də Milli Məclisə seçkilər keçirilib.

Xəbər lenti

Xəbər lenti